• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ kəşfiyyatı: "Rusiya Ordusu Ukraynaya girməyə tam hazırdır"

ABŞ kəşfiyyatı: "Rusiya Ordusu Ukraynaya girməyə tam hazırdır"
29.05.2020 09:26
Amerika kəşfiyyatı növbəti dəfə Rusiyanın Ukraynanın şərq sərhədlərinə qoşun yeritməsi barədə xəbərdarlıq edib. Vəziyyətlə bağlı Fox telekanalına müsahibə verən Ağ Evin kəşfiyyat komitəsinin sədri Mayk Rocers rəsmi Moskvanın Ukraynanın şərq hissəsinə olan iştahından narahat olduğunu ifadə edib."Biz sərhədlərə on minlərlə qoşunun yeridildiyini müşahidə edirik. Onlar artıq Ukraynaya girməyə tam hazırdırlar. Rəsmi Moskva tərəfindən qərar qəbul ediləcəyi təqdirdə ordunun müdaxiləsi üçün hər cür imkan var. Ağır artilleriya, piyada dəstələri və xüsusi təyinatlılar hazır vəziyyətdədir. Düşünürəm ki, onlar təzyiqləri davam etdirəcəklər".Rusiyanın Amerikadakı səfiri Sergey Kislyak isə, məsələyə şərh verərkən rəsmi Moskvanın Ukrayna sərhədlərini pozmağa çalışmadığını vurğulayıb."Rusiya əskləri Rusiya Federasiyası daxilində hərbi təlimlər keçirlər. Bu normal təlimlərdir. Ukrayna ilə Rusiya arasındakı gərginlik əslində, hazırkı Ukrayna hökuməti ilə rəsmi Moskva arasında olan problemlərlə əlaqədardır. Ukraynada regionların rəyini nəzərə ala bilmək üçün konstitusiya dəyişikliyi keçirilməlidir".Ağ Evin kəşfiyyat komitəsinin sədri Mayk Rocers, Rus hərbisinin, eyni zamanda, Cənubi Osetiya sərhədlərinə artilleriya dəstələri göndərdiyini qeyd edib. Onun sözlərinə görə, rəsmi Moskva bununla Gürcüstan və Ermənistan vasitəsilə İranla körpü yaratmağa çalışır.Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransada amerikalı həmkarı Con Kerri ilə görüşüb. Parisdə baş tutan görüşdə tərəflər Ukraynada gərginliyi aradan qaldırmaq məqsədilə müzakirələr aparıblar.//Anspress
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol