• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada öldürülən azərbaycanlılardan ikisinin kimliyi bilindi - FOTO

Suriyada öldürülən azərbaycanlılardan ikisinin kimliyi bilindi - FOTO
31.03.2014 10:47
 Suriyada öldürülən azərbaycanlılardan daha iki nəfərinin kimliyi açıqlanıb. APA-nın əldə etdiyi məlumata görə, öldürülən azərbaycanlılar - “Abdulvahid” ləqəbli Zahid Nəsirov və “Rəbbani” ləqəbli Tamerlan Məmmədovdur. Onların hər ikisi snayperlə başından vurularaq öldürülüb. T. Məmmədovun əslən Qubadlı rayonundan olduğu, Qarabağ müharibəsindən sonra Sumqayıtda məskunlaşdığı bildirilir. Z. Nəsirov isə Sumqayıt şəhəri 18-ci mikrorayon sakinidir. Mücahidlər onların fotolarını da sosial şəbəkələrdə paylaşıblar. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. Bundan bir neçə gün əvvəl isə Suriyada bir gündə 12 azərbaycanlı döyüşçünün öldürüldüyü barədə məlumat yayılıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol