• $
  • €
  • ₽
  • ₺
  • £

Çobanın Bakıda qız qaçırtma sərgüzəştləri

Çobanın Bakıda qız qaçırtma sərgüzəştləri
28.03.2014 19:08
Acınacaqlı maddi vəziyyət ucbatından bəyin toy eləmək imkanı yox idi.
Suraxanı rayonunda sonluğu faciə ilə bitən gülməli hadisə baş verib. Gəncin evlənmə arzusu qan tökməklə sonlanıb, xoşbəxtlikdən özü sağ qalıb.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu 33-cü polis bölməsində 27 yaşlı işsiz, Yeni Günəşli sakini Emin Əliyev evlənmək eşqinə düşür.
Amma acınacaqlı maddi vəziyyət bəyə toy eləmək üçün əl vermirdi. Və o, öz xalası ilə bir yerdə yaşayan gözaltısını qaçırmaq fikrinə düşür. Qeyd etmək lazımdır ki, qız bu fikirlə razı deyildi.
Cavan oğlan öz fikrinə görə hiyləgər plan qurur, onu həyata keçirmək üçün isə tanışı, Ağstafa rayon sakini, çoban Mahal Əhmədova müraciət edir. Plana görə Mahal qızı qaçırtmalı idi.
Bazar ertəsi Əhmədov qızın yaşadığı evə gəlir və qapını döyür. Məlum olduğu kimi bu zaman qız evdə xalası ilə tək olur. Əhmədov qızı zorla həyətdəki maşına oturtmağı nəzərdə tutub.
Əhmədov özünü MKİ işçisi kimi təqdim etsə də, qapını ona açan olmayıb, hələ qız çobanı təhqir edərək getməsini tələb edib. Bütün bu səhnə səs-küylə müşayiət olunub. Üstünə daha çox diqqət çəkməməyi qərara alan Əhmədov  getmək qərarına gəlib.
Qəzəblənmiş çoban birbaşa sifarişçinin üstünə gedib. Bütün bunların Əliyevin fikirləşdiyi axmaq plana görə baş verdiyini deyən Əhmədov, qızı evdən qaçırmağın ağılsızlıq olduğunu deyib.
Mübahisə əsnasında cavanlar arasında münaqişə yaranıb, nəticədə Əhmədov Əliyevə bıçaqla xəsarət yetirib.
Evlənmə planı baş tutmayan bəy xəstəxanaya yerləşdirilib, Əhmədov isə 33-cü polis bölməsinin əməkdaşları tərəfindən öz evində həbs edilib.
Fakt üzrə istintaq aparılır.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol