ABŞ İran neft və neft-kimya məhsullarını satan 6 şirkətə qarşı sanksiya tətbiq edib.
Bu barədə ABŞ Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamada, sanksiya tətbiq edilən şirkətlər arasında 1 Vyetnam, 2 Çin, 2 İran, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mərkəzli şirkətlərin olduğu bildirilib. Bu şirkətlərə məxsus 20 gəminin də sanksiyalar dairəsinə daxil edildiyi qeyd olunub.
www.anews.az