Polşada Mi-24 hərbi helikopteri qəzaya uğrayıb

Martın 6-da Polşanın şərqində Bila Podlaska şəhərində Mi-24 hərbi helikopteri qəzaya uğrayıb. Bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı "Twitter” səhifəsində məlumat yayıb.
" 2023-cü il martın 6-da Byala Podlaska şəhəri yaxınlığında, abadlaşdırılmamış ərazidə uçuş öncəsi sınaqlar zamanı aviasiya qəzası baş verib, nəticədə Mi-24 helikopterinin eniş şassisi və sağ qanadı zədələnib", - baş komandanlığın məlumatında bildirilir.
Məlumata görə, uçuş öncəsi sınaqlar zamanı helikopterin eniş qurğusunun və sağ qanadının zədələndiyi bildirilir. Hadisə yaşayış məntəqələrindən uzaqda baş verib.
Agentliyin məlumatına görə, xəsarət alan olmayıb.
Aytac
www.anews.az
























