• $
  • €
  • ₽
  • ₺
  • £

İnternetdə Türkiyə rəhbərliyinin gizli toplantısının səs yazısı yayıldı

İnternetdə Türkiyə rəhbərliyinin gizli toplantısının səs yazısı yayıldı
27.03.2014 20:04
 İnternetdə Türkiyə dövlətinin yüksək vəzifəli şəxslərinin iştirakı ilə keçirilən gizli toplantının səs yazısı yayılıb.APA-nın “odatv” saytına istinadən verdiyi məlumata görə, Suriya mövzusuna həsr olunan toplantıda xarici işlər naziri Əhməd Davudoğlu, XİN aparatının rəhbəri Firudin Sinirlioğlu, Milli İstihbarat (kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan və Silahlı Qüvvələrin Baş Qərargahının 2-ci rəisi, ordu generalı Yaşar Gülər iştirak edir. Söhbətdə Türkiyənin Suriyaya hərbi müdaxilə edə bilməsi üçün əsas yaratmaq məsələsi müzakirə olunur. Ə. Davudoğlu baş nazir Ərdoğanın Suriya ərazisində olan və Türkiyə ərazisi sayılan Süleyman Şah Türbəsinə qarşı hədələrdən Suriyaya hərbi müdaxilə üçün səbəb kimi istifadə olunmasını təklif etdiyini deyir: “Baş nazir türbə məsələsi bir imkan kimi dəyərləndirilməlidir dedi”. (Süleyman Şah Osmanlı İmperiyasının qurucusu Osman bəyin babası olub. 1921-ci ildə Türkiyə ilə Fransa arasında imzalanan müqaviləyə əsasən Süleyman Şahın məzarının olduğu yer Türkiyə ərazisi sayılır və Türkiyə tərəfindən mühafizə olunur). H. Fidan isə “lazım olsa, Suriyaya dörd adam göndərərəm. Oradan Türkiyəyə 8 raket atdırıb, müharibə səbəbi yaradaram, Süleyman Şah Türbəsinə hücum təşkil edərəm”, - deyə bildirir. Ə. Davudoğlu Suriyaya 2012-ci ildə müdaxilə etmədikləri üçün peşmanlığını ifadə edir. H. Fidan Suriyaya 2 minə yaxın TIR-la zəruri ləvazimat (silah) göndərdiklərini söyləyir. General Y. Gülər isə Suriyada silahdan çox, döyüş sursatına ehtiyac duyulduğunu diqqətə çatdırır və Suriyaya bir general göndərdiklərini açıqlayır.   Hələlik ölkə rəhbərliyi səs yazısına münasibət bildirməyib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol