Təbrizdə partlayış olub, ölənlər və yaralananlar var
12.03.2023 10:01
Martın 12-də gecə 3 radələrində İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında güclü partlayış olub.
Hadisədə 5 nəfər ölüb, 4 nəfər yaralanıb.
Partlayış 100 evə təsir edib. Şərqi Azərbaycanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Məhəmməd Xanbərar olayda 3 yaşayış evinin tamamilə dağıldığını açıqlayıb.