• $
  • €
  • ₽
  • ₺
  • £

UNESCO-nun xüsusi İpək Yolu etiketi ilk olaraq Azərbaycanda təqdim edilə bilər

UNESCO-nun xüsusi İpək Yolu etiketi ilk olaraq Azərbaycanda təqdim edilə bilər
18.03.2023 23:00
UNESCO-nun xüsusi İpək Yolu etiketi yaradılması üzrə yeni bir konsepsiyanın işlənilməsi və bu layihənin ilk olaraq Azərbaycanda açıqlanması haqqında təşəbbüs irəli sürülüb.

Bu barədə Azərbaycan Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.

Bu təklif UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriyela Ramos tərəfindən irəli sürülüb. Bu təşəbbüslə bağlı Bakıda 2023-cü ilin yay aylarında geniş açılış tədbirinin keçirilməsinə dair ilkin razılaşma da əldə olunub.

Bununla bağlı müzakirələr DTA-nın sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Fransanın paytaxtı Parisə rəsmi səfəri çərçivəsində UNESCO və Dünya İrs Mərkəzinin bir sıra rəhbər şəxsləri və Ümumdünya İrs Komitəsinin üzv ölkələrinin UNESCO yanında daimi nümayəndələri ilə keçirdiyi görüşlərdə aparılıb.

UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone, sosial və humanitar elmlər üzrə müavini Qabriyela Ramos və Ümumdünya İrs Mərkəzinin direktoru Lazare Eloundou ilə keçirilən görüşlərdə Azərbaycan Dövlət Turizm Agentliyinin UNESCO ilə əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin də iştirak etdiyi görüşlərdə Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlığın perspektivləri barəsində fikir mübadiləsi aparılıb.

Fuad Nağıyev turizm sahəsində ölkədə aparılan islahatlar, eləcə də mədəni irsin qorunması istiqamətində görülən işlər haqqında məlumat verib. Bundan əlavə, UNESCO ilə turizm sahəsində təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində də müəyyən addımların atılmasının zəruriliyi vurğulanıb.

Görüşlər zamanı Dövlət Turizm Agentliyi aprel ayında Paris şəhərində keçiriləcək UNESCO-nun İpək Yolu proqramının 35-ci ildönümünə həsr edilmiş mərasim və sərgidə iştirak üçün dəvət alıb.

UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone ilə görüş zamanı Azərbaycanın mədəni irs elementlərinin, xüsusilə arxeoloji irs əraziləri və elementlərinin araşdırılması, təbliğinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

DTA Ümumdünya İrs Komitəsinin üzv ölkələrinin UNESCO yanında daimi nümayəndələri ilə görüşdə isə "Xınalıq və "Köç Yolu”nun Mədəni Landşaftı” adlı nominasiya faylı ilə bağlı təqdimat keçirib. Qeyd olunub ki, Ümumdünya İrs Siyahısına daxil edilməsi məqsədilə hazırlanmış "Xınalıq və "Köç Yolu”nun Mədəni Landşaftı” adlı nominasiya sənədi UNESCO-nun III və V kriteriyaları üzrə hazırlanıb: sənəddə Xınalıq və ətraf kəndlərdə yaşayan əhalinin qədim zamanlardan qorunub saxlanılan köçəri mədəniyyəti və onun ümumbəşəri dəyərləri təqdim olunur.

Səfər çərçivəsində DTA heyəti ilə Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) rəhbərliyi arasında da görüş keçirilib, nominasiya sənədi ilə bağlı fikir mübadiləsi aparılıb.

"Xınalıq və "Köç Yolu”nun Mədəni Landşaftı” nominasiya sənədinin bütün dünya üzrə köçəri mədəni irsinin daha geniş öyrənilməsi ehtiyacını ortaya çıxardığı vurğulanıb və bu istiqamətdə ICOMOS-un DTA ilə əməkdaşlıq çərçivəsində birgə elmi araşdırmalara başlanılmasına dair ilkin razılıq əldə olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol