Rusiya Xarkov vilayətinə S-300 atıb

Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Boqoduxov şəhərinə iki raket atıb. Bu barədə Ukrayna mətbuatına vilayətin qubernatoru Oleq Sinequbov bildirib.
Bildirilib ki, bunlar S-300-dən atılan raketlər olub.
Bildirilib ki, bunlar S-300-dən atılan raketlər olub.
İtki barədə məlumat yoxdur.
Yerli Telegram kanallarının məlumatına görə, partlayışlardan dərhal sonra şəhərdə elektrik təchizatında problemlər başlayıb, metro işini dayandırıb.
Bu gün səhər saatlarında Ukraynanın bir sıra vilayətlərində hava həyəcanı elan edilib.
Aytac
www.anews.az
























