• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkədən qorxan ölkələr

Sosial şəbəkədən qorxan ölkələr
22.03.2014 15:16
Hansı ölkələr Twitter-i, Facebook-u niyə yasaqlayıb?Türkiyə iqtidarının Twitter sosial şəbəkəsini yasaqlaması ilə bu mövzu yenidən gündəmə gəldi: Məlum oldu ki, qonşu və qardaş Türkiyə sosial şəbəkəni yasaqlayan yeganə ölkə deyilmiş. Bəzi ölkələr bir neçə gün, bəziləri isə 3-4 illiyinə sosial şəbəkələrin fəaliyyətini dayandırıb. Siyahıya və yasaqların səbəblərinə göz yetirək. İnterneti yasaqlayan 12 ölkənin siyahısına nəzər yetirək: Səudiyyə Ərəbistan, Cənubi Koreya, Tunis, Misir, İran, Suriya, Vyetnam, Kuba, Çin, Özbəkistan, Myanmar, Türkmənistan. Məhdudlaşdırmalar adətən bir neçə həftə ilə məhdudlaşır. Amma Çin və İran nümunələrində olduğu kimi, bəzən 3-4 il boyunca davam edə bilir. Məhdudlaşmaların daimi olduğu tək ölkə isə Cənubi Koreyadır. Sosial mediaya qapılarını daim qapadan Koreyada bu vəziyyətin dəyişməyəcəyi təxmin edilir. BANGLADEŞÖlkənin qabaqda gedən partiyalarından olan Avami Ligi Facebok-u 30 may 2010-cu ildə yasaqlandı. Səbəb olaraq dinsizliyi təşviq edən statusların, məzmunun yayılması idi Sözügedən məzmunların aradan götürülməsindən sonra facebook 2010-cu ilin 5 iyununda bərpa olundu. ÇİN2009-cu ildə ölkədə meydana gələn etiraz aksiyalarında xəbərləşmə vasitəsi kimi Facebook-dan istifadə edilməsi saytın öz fəaliyyətini dayandırmasına səbəb oldu. 30 avqust 2013-cü ildə Çində facebook yasağı aradan qalxdı. MİSİR 2010-cu ildə Misirdə baş verən hadisələrə paralel olaraq Facebookun fəaliyyəti dayandırıldı. Xarici ölkələrdən gələn təzyiq nəticəsində bu yasaq qısa müddət davam etdi. Ümumən isə 2010-2012-ci illərdə ölkədə müxtəlif səbəblərə görə Facebook-un fəaliyyəti 86 dəfə dayandırıldı. ŞİMALİ KOREYA Facebook, Twitter və Youtube başda olmaq üzrə ölkədə rejimə qarşı olan hər cür internet bağlantısının faəliyyəti yasaqlanıb. Açılma ehtimalları isə çox yüksək deyil. MAURITIUS5 fevral 2007-ci ildə baş nazirin adına hazırlanan saxta profil ucbatından ölkədə Facebook bağlantısı kəsilib. Səhifənin fəaliyyəti cəmi bir gün dayandırılıb, sonradan yenidən bərpa olunub. İRAN2009-cu il seçkilərindən sonra ölkədə müxalifətin silahlanmasından, inqilaba doğru getməsindən narahat olan Tehran hakimiyyəti Facebooku yasaqladı. Ardınca Tvitter bağlantısını da qadağan edildi. 2013-cü ilin sentyabrında ölkədə hər iki saytın faəliyyətinə icazə verildi. MƏRAKEŞMərakeş kralı 6-cı Məhəmməd Facebookda barəsində saxta səhifələrin açılması ucbatından bu saytı yasaqlayıb. Oxşar səbəblərlə 2009-2013-cü illər arasında Facebook tez-tez yasaqlandı, amma daim qadağa olmadı. SURİYABu ölkədə isə facebook ilk dəfə 2007-ci ildə qadağan edildi. Dövlətə yönəlmiş etiraz xarakterli statuslar, səhifələr ucbatından yasaqlanan facebook qısa müddət sonra fəaliyyətini bərpa etdi. FACEBOOK-UN AYLIQ 34 MİLYON İSTİFADƏÇİSİ VAR - Aylıq aktiv istifadəçi sayı 34 milyon - Bu rəqəm öncəki illə müqayisədə yüzdə 3 faiz artıb - Gündəlik aktiv istifadəçi sayı 21 milyon nəfərdir - Mobil telefonda aylıq istifadəçi sayı 21 milyon nəfərdir - Mobil telefonda günlük aktiv istifadəçi sayı 9.5 milyon nəfərdir TVITLƏR ƏN ÇOX SAAT 22.00-23.00-DƏ ATILIR  - Türkiyədə aylıq aktiv istifadəçi sayı 6.2 milyon nəfərdir- İstifadəçilər saniyədə 92 tvit atır. - İstifadəçilərin 61 faizi mobil telefon vasitəsilə tvitterə girir. - Gündə ümumən 8 milyon tvit atılır. - Tvitlərdə ortalama 70 xarakterdən istifadə edilir. - Qadınların istifadə faizi 53-dür. - Kişilərin istifadə faizi 47 faizdir. - Ən çox 22.00-23.00 saatları arasında tvit atılır. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol