Azərbaycanlı futbolçu Ukraynada ən yaxşı seçildi
Ukraynanın "Aleksandriya” klubunun azərbaycanlı futbolçusu Emil Mustafayev komandasında fevral-mart aylarının ən yaxşısı seçilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanlı futbolçunun "Aleksandriya” ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.
www.anews.az
Mustafayev ötən iki ayda iki qol, iki məhsuldar ötürmə ilə yadda qalıb. Bunun nəticəsi olaraq 21 yaşlı yarımmüdafiəçi azarkeşlərin səsverməsi nəticəsində digər komanda yoldaşlarını qabaqlayıb.
www.anews.az
























