• $
  • €
  • ₽
  • ₺
  • £

Qaziantepdə BMT-nin səhiyyə koordinatorundan AÇIQLAMA

Qaziantepdə BMT-nin səhiyyə koordinatorundan AÇIQLAMA
11.04.2023 14:17
Fevral 6-da Türkiyədə 7,7 bal gücündə  baş verən zəlzələnin şahidi olan Sağlamlıq Koordinatoru/BMT Mərkəzi Koordinatoru Andrea Afumateanu özünü tamamilə fərqli bir vəziyyətdə hiss etdiyini bildirib. 

"Sudanda, Hindistanda və Pakistanda mən də qorxdum, lakin bu, başqa bir qorxu idi. Çünki növbəti günün sizə nə gətirəcəyini və nə qədər təhlükədə olacağınısı bilirsiniz", - Afumateanu bildirib.
 
Adi həyatda Afumateanu Buxarestdə (Rumıniya) klinikanın rəhbəridir, lakin Türkiyəyə  səfərinin ilk həftəsində zəlzələdən sağ çıxmağın necə bir şey olduğunu bilavasitə öyrənib. 
 
"Fevralın 20-də Qaziantepə gəldik və otelimizə getdik. Elə həmin gün otel otağımda olarkən hiss etdim ki, bina titrəməyə başlayıb. İlk fikrim "bəlkə də pisəm” oldu. Sonra divara toxundum və onun hərəkət etdiyini hiss etdim. Sonra anladım ki, zəlzələdir. Mən həmkarlarımın yanına düşdüm. İnsanlar əllərində ayaqqabılarını tutub qaçırdılar. Onların çoxu qışqırırdı”, - Afumateanu bildirib.  
 
Son bir neçə həftə ərazidə üçüncü dəfə baş verən bu zəlzələ narahatlığı daha da artırıb və zərərçəkənlərin psixi problemlərini daha da ağırlaşdırıb: "İnsanlar artıq başqalarına güvənmir və qorxurlar. Onların psixiatrik yardıma ehtiyacları var, çünki onlar çox şey yaşayıblar və çox şey itiriblər, o cümlədən ailə və dostlarını, evlərini və maşınlarını, indi isə çadırlarda yaşamağa məcburdurlar”. 
 
Zəlzələlərdən bəri 3,3 milyon insan zərər çəkmiş ərazilərin daxilində və ya xaricində didərgin düşüb və 2,4 milyon insan hazırda çadırlarda və ya müvəqqəti sığınacaqlarda yaşayır. Ümumilikdə, 15 milyon insanın təbii fəlakətdən hansısa şəkildə zərər çəkdiyi təxmin edilir.  
 
"Ümumi prioritetimiz müvəqqəti mənzillərdə yaşayan insanlar üçün yüksək gigiyena standartlarını təmin etməklə, habelə əhalinin təhlükəsiz qida və suya etibarlı çıxışını təmin etməklə ictimaiyyəti qorumaq olmalıdır." 
 
Andrea Türkiyədə olduğu müddətdə Türkiyənin ağır zədələnmiş səhiyyə sistemini dəstəkləmək üçün bölgəyə ezam olunmuş bir çox Beynəlxalq Təcili Tibbi Yardım Qrupları (EMB) ilə də tanış olub. Zəlzələlər nəticəsində 28 səhiyyə müəssisəsi ciddi və 82-si qismən zədələnmiş və xəstəxanalar çoxlu sayda qurbanın müalicəsini davam etdirərkən, bu qrupların dəstəyi həqiqətən əvəzolunmaz olmuşdur. 
 
ÜST-nin Baş Direktoru Dr Tedros Adhanom Ghebreyesus və ÜST-nin Avropa Regional Direktoru Dr Hans Kluge cari cavabı müzakirə etmək üçün fevralın sonunda Türkiyəyə səfər ediblər.  Səfər zamanı onlar bütün ÜST adından Türkiyə xalqı ilə həmrəy olduqlarını ifadə edib, davamlı dəstəyə hazır olduğunu bir daha təsdiq etdilər və Türkiyə əhalisinin, xüsusən də səhiyyə işçilərinin dözümlülüyünü qeyd etdilər.
 
Zinyət Mehtiyeva

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol