Rusiyanın Mi-24 helikopteri və iki pilotsuz uçan aparatı vurulub

Ukraynanın Avdiivka istiqamətində Rusiyaya məxsus Mi-24 helikopterini vurulub. Bu barədə Ukrayna mediasına general Kornet Mark Bezruçko açıqlayıb.
"Düşmən Avdiivka istiqamətində hücum əməliyyatları cəhdlərini dayandırmır, lakin layiqli cavab alır", - məlumatda vurğulanıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, aprelin 9-da Müdafiə Qüvvələrinin aviasiyası rus qoşunlarının şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə altı zərbə endirib.
Rusiyanın altı pilotsuz təyyarəsi - üçü Lancet tipli, ikisi Zala tipli və biri Supercam vurulub.
Ukrayna ərazisinə genişmiqyaslı işğalın başlanğıcından indiyədək Rusiyanın 2323 əməliyyat-taktiki səviyyəli pilotsuz uçan aparatı , həmçinin 292 vertolyotu məhv edilib.
Aytac
www.anews.az
























