• $
  • €
  • ₽
  • ₺
  • £

Yaponiya Rusiyaya qarşı sanksiya təzyiqlərini gücləndirir

Yaponiya Rusiyaya qarşı sanksiya təzyiqlərini gücləndirir
10.04.2023 15:38
Yaponiya hökuməti Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmağa davam edəcək, eyni zamanda Ukraynaya dəstəyi gücləndirəcək. Bu barədə bazar ertəsi Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno növbəti mətbuat konfransında bildirib.

"G7-nin sədri və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Yaponiya beynəlxalq ictimaiyyətlə, ilk növbədə G7 ilə sıx əməkdaşlıq edərək Rusiya Federasiyasına qarşı sərt sanksiyaları gücləndirməyə davam edəcək”, - o bildirib.

Yaponiyanın Ukraynadakı vəziyyətə görə bir neçə mərhələdə tətbiq etdiyi sanksiyalar artıq Rusiyadan olan 1000-ə yaxın insan və 100-ə yaxın təşkilatı əhatə edib.
 
Bundan başqa, "Alfa-Bank”, "VTB”, "VEB.RF”, "Novikombank”, "Otkritie Bank”, "Promsvyazbank”, "Rossiya Bank”, "Sberbank”, "Sovcombank”, həmçinin 40-a yaxın digər təşkilat və şirkətlərin aktivləri dondurulub.
 
Bundan başqa Yaponiya Rusiyaya dəbdəbəli malların, o cümlədən dəyəri 6 milyon yendən (təxminən 49 min dollar) çox olan avtomobillərin tədarükünə, həmçinin Rusiyadan qızıl idxalına qadağa qoyulub. O, həmçinin xlor, metanol, aseton, etilen və natrium hipoxlorit də daxil olmaqla bir sıra kimyəvi maddələrin Rusiyaya ixracını qadağan edib.
 
2023 - cü ilin fevralında Rusiyaya sanksiyalar 200 hüquqi və fiziki şəxsə şamil edilib. Məlumata görə, qubernatorlar və Rusiya rəsmilərinin ailə üzvləri ABŞ-ın sanksiyalar siyahısına daxil olub.
 
2023-cü il fevralın 25-də qəbul edilmiş sonuncu sanksiyalar paketində Norveç də bəzi dəyişikliklər edərək bu sanksiyalara qoşulub.

Norveçin yeni sanksiyaları əsasən Rusiyadan xam neft və neft məhsullarının idxalının qadağasını nəzərdə tutur.

Aytac 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol