• $
  • €
  • ₽
  • ₺
  • £

Obamadan ukraynalıları üzəcək sözlər

Obamadan ukraynalıları üzəcək sözlər
20.03.2014 17:32

Amerika Birləşmiş Ştatları Ukrayna ilə əlaqədar mövqeyinə görə Rusiyaya və Ukraynaya hərbi müdaxilə etmək niyyətində deyil. "Associated Press" agentliyinin verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama NBC telekanalına müsahibəsində deyib. "Düşünürəm ki, ukraynalıların özləri də razı olarlar ki, bizim Rusiya ilə hərbi münaqişəmiz məqsədəuyğun deyil və Ukraynaya heç bir xeyir gətirməyəcək" - deyə, Obama bildirib."Biz Ukraynaya hərbi müdaxilə etməyə hazırlaşmırıq. Bütün diplomatik resurslarımızı səfərbər etməyə çalışırıq ki, Ukraynanın öz taleyini həll etməli olduğuna dair aydın ismarıcı göndərən güclü beynəlxalq koalisiya formalaşsın. Hazırda Rusiya beynəlxalq hüququ və başqa bir ölkənin suverenliyini pozur. Güc hər şeyi həll etmir, biz də Rusiyanın indiki kimi davam edəcəyi təqdirdə ona qarşı təzyiqləri gücləndirəcəyik" - Obama belə deyib.Barak Obama həmçinin deyib ki, Rusiya prezidenti Vladimir Putin ukraynalıların öz gələcəklərinə dair özlərinin qərar verməsini istəməyib: "Düşünürəm ki, o, bu qərardan rahat deyil, amma onun strateji qərarları bu məsələdə müharibəyə başlayıb-başlamayacağına dair düşüncələrinə əsaslanmır.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol