Ağ Ev Misirin Rusiyaya yardımı ilə bağlı məlumatı şərh etdi
11.04.2023 23:12
Misirin Rusiyaya öldürücü silahlar şəklində yardım etdiyinə dair heç bir əlamət yoxdur.
Bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Qeyd edək ki, daha öncə KİV-ə ABŞ kəşfiyyatının sızdırılmış sənədlərindən Misirin Ukraynada xüsusi hərbi əməliyyat keçirmək üçün Rusiyaya Qərbdən gizli şəkildə raketlərlə kömək etmək planları məlum olub.