Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı, polkovnik Arman Maralçyan tutduğu vəzifədən azad edilib.
Bu barədə sərəncam Ermənistan Prezidentinin saytında dərc olunub.
Maralçyanın istefa təklifi baş nazir Nikol Paşinyandan gəlib. Prezident Vaaqn Xaçaturyan bunu qəbul edib və müvafiq fərman imzalayıb.
www.anews.az
























