Rusiya qitələrarası ballistik raketi sınaqdan keçirdi –Döyüş başlığı Qazaxıstan poliqonuna düşdü

Rusiya qitələrarası ballistik raketi sınaqdan keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib.
Bəyanatda qeyd edilir ki, buraxılış Həştərxan vilayətindəki Kapustin Yar poliqonundan həyata keçirilib və sınaq tapşırıqları tam yerinə yetirilib: ”Məqsəd qabaqcıl qitələrarası ballistik raket avadanlığının sınaqdan keçirilməsi idi”,-deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
www.anews.az
























