Çexiyada hökumət əleyhinə keçirilən mitinqə minlərlə insan toplaşıb

Praqanın mərkəzindəki Vatslav meydanında minlərlə insan hökumət əleyhinə nümayişə toplaşıb.
"Çexiya yoxsulluğa qarşı” şüarı altında keçirilən mitinqi "Hüquq. Hörmət. Peşəkarlıq” partiyası təşkil edib.
Məlumata görə, nümayişçilərin bir qismi respublikanın ucqar rayonlarından gəlib. Tədbirdə iqtisadiyyat, hüquq və xarici siyasət sahəsində ekspertlər, digər müxalifət partiyalarının nümayəndələri də iştirak ediblər.
Nümayişi bir neçə yüz polis əməkdaşı müşahidə edib.
www.anews.az
























