Türkiyədə institutda atışma: 7 nəfər həlak oldu

Türkiyənin Qars şəhərindəki Statistika İnstitutunun binasında baş vermiş atışma nəticəsində yeddi nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Milliyet" qəzeti xəbər yayıb.
Qəzetin məlumatına görə, həlak olanlardan üçü polisdir.
İnsidentin səbəbləri barədə məlumat verilmir. Faktla bağlı cinayət işi açılıb.
ANN.Az
























