Ukrayna Rusiyaya nota verdi

Ukraynanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Ukraynadakı müvəqqəti müvəkkili Andrey Vorobyovu çağıraraq, ona etiraz notası təqdim edib.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Notada Rusiyanın Krım Respublikasını Sevastopol şəhərini Rusiya Federasiyasının tərkibinə daxil edilməsinə qarşı etiraz bildirilib. Ukrayna Xarici İşlər Nazirliyi həm BMT-nin Nizamnaməsinə, həm də Ukrayna ilə Rusiya arasında 1997-ci ildə imzalanmış dostluq, əməkdaşlıq və müttəfiqlik haqqında sazişə istinad edib.ANN.Az























