NASA peyki Yerə düşə bilər

ABŞ Milli Aeronavtika və Kosmos Agentliyinə (NASA) aid istismardan çıxarılan peykin Yerə düşə biləcəyi açıqlanıb.
Bildirilib ki, "Rhessi” peyki ABŞ-nin şərq sahili saat qurşağına görə axşam saatlarında atmosferə girəcək.
272 kiloqramlıq kosmik gəminin böyük hissəsinin atmosferdəki səyahəti zamanı yanacağı, lakin bəzi hissələrinin Yerə düşəcəyi gözlənilir. Dünyada hər kəsə zərər vurma riskinin az olduğu vurğulanaraq, bu ehtimalın təxminən 2467-də 1 olduğu bildirilib.
www.anews.az
























