• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi xərclərə ən çox vəsait ayıran ölkələr açıqlandı

Hərbi xərclərə ən çox vəsait ayıran ölkələr açıqlandı
24.04.2023 21:30
Baş ofisi Stokholmda yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) müstəqil araşdırma təşkilatının məlumatına görə, qlobal hərbi xərclər keçən il rekord səviyyəyə çatsa da, inflyasiya səbəbindən yavaşlayıb.
 İnstitutun məlumatına görə, Avropada hərbi xərclərin 13 faizlik artımı 2022-ci ildə qlobal hərbi xərclərin 2,24 trilyon ABŞ dolları ilə tarixdə ən yüksək həddə çatdığı artımda təsirli olub.

Avropanın 345 milyard dollarlıq hərbi xərcləri ilk dəfə 1989-cu ildə soyuq müharibənin sona çatdığı vaxtdan çox olub. Avropada Finlandiyanın hərbi xərcləri 36 faiz, Litvada 27 faiz, İsveçdə 12 faiz, Polşada 11 faiz artıb.

Rusiyanın 2022-ci ildə hərbi xərcləri əvvəlki illə müqayisədə 9,2 faiz artaraq 86,4 milyard dollar təşkil edib. Bu rəqəm Rusiya ÜDM-nin 4,1 faizini təşkil edib.

Ukraynanın hərbi xərcləri record həddə artıb və 44 milyard dollar təşkil edib. SIPRI-nin məlumatlarına əsasən bu 640 faiz artım deməkdir. Bu məbləğ 2022-ci ildə ölkə ÜDM-nin 34 faizini təşkil edib.

Birləşmiş Ştatlar dünyada hərbi sahəyə ən çox pul xərcləyən ölkədir
ABŞ-ın hərbi xərcləri isə keçən il artan inflyasiyaya baxmayaraq, 0,7 faiz artaraq 877 milyard dollara çatıb. Qlobal hərbi xərclərin 39 faizini təşkil edən ABŞ bu kontekstdə birinci yerdədir.

2022-ci ildə ABŞ-ın hərbi xərclərinin artmasında Ukraynaya verilən 19,9 milyard dollarlıq maliyyə hərbi dəstəyi də təsirli olub.

Çin və Yaponiya Asiya regionunda hərbi xərclərə görə liderdir
Dünyada hərbi xərclərə ən çox vəsait ayıran ikinci ölkə Çin keçən il bu sahəyə 292 milyard dollar ayırıb.

Çinin hərbi xərcləri 2022-ci ildə əvvəlki ilə nisbətən 4,2 faiz artıb və ardıcıl 28 ildir ki, artır.

Yaponiya 2022-ci ildə hərbi xərclərə 46 milyard dollar xərcləyib. Əvvəlki illə müqayisədə 5,9 faiz artan bu rəqəm Yaponiya ÜDM-nin 1,1 faizini təşkil edib. 2022-ci ildə ölkənin hərbi xərcləri 1960-cı ildən bəri ən yüksək səviyyə kimi qeydə alınıb.

Hindistan 2022-ci ildə 81,4 milyard dollarla ən çox hərbi xərcə malik dördüncü ölkə olub. Hindistanın bu sahədə xərcləri əvvəlki illə müqayisədə 6 faiz artıb.

Səudiyyə Ərəbistanı 75 milyard dollarlıq hərbi xərclə beşinci yerdədir.

NATO üzvlərinin hərbi xərcləri keçən il 0,9 faiz artaraq 1,23 trilyon dollara çatıb.

Türkiyənin hərbi xərcləri isə ötən il 2021-ci ilə nisbətən 26 faiz azalaraq 10,6 milyard dollar olub. Türkiyə keçən il ən çox hərbi xərc çəkən ölkələr arasında 23-cü yerdə qərarlaşıb.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol