İranda aksiyada 7 etnik bəluc qətlə yetirilib, çox sayda yaralı var

İranın Sistan-Bəlucistan əyalətində aksiya zamanı etnik bəluclarla hərbi-polis qüvvələri arasında baş verən toqquşma nəticəsində 7 etirazçı ölüb, çoxlu sayda dinc sakin yaralanıb. Bu barədə "Amerikanın səsi” radiosunun fars redaksiyası məlumat yayıb.
"Rejimin hərbi-polis qüvvələrinin motosikletçiləri aksiya zamanı əyalətin Fənuc şəhərində 4 yeniyetməyə hücum edib. Onlar ağır yaralanıb. Buna etiraz olaraq şəhər əhalisi yerli polis şöbəsinin binasını daş-qalaq ediblər", - "Amerikanın səsi" radiosunun xəbərində bildirilib.
www.anews.az
Məlumata görə, Fənucə şəhərinə İnqilab Keşikçiləri Qvardiyasının yeni qüvvələri və hərbi texnikası yeridilib. Hökumət qüvvələri etirazçılara odlu silahdan atəş açıb.
Eltac Nurullazadə
www.anews.az
























