Rusiya Norveçin 10 diplomatını ölkədən çıxarıb

Rusiya Norveçin Moskvadakı səfirliyinin və müdafiə attaşesi ofisinin 10 nümayəndəsini ölkədən qovub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
www.anews.az
"Norveç səfiri Robert Kvilə məsələ ilə bağlı nota təqdim edilib və Oslonun qeyri-dost hərəkətləri ilə bağlı başqa tədbirlərin görüləcəyi də bildirilib”, - məlumatda qeyd olunub.
Norveç aprelin 13-də Rusiyanın bu ölkədəki səfirliyinin 15 əməkdaşını ölkədən qovub. Rusiya XİN Norveç diplimatlarını məhz Norveçin bu addımına cavab olaraq deport edib.
Eltac Nurullazadə
www.anews.az
























