Navalniyə yeni ittiham təqdim olunub

Rusiya müxalifətinin həbsdə olan lideri Aleksey Navalniyə qarşı daha bir cinayət işi qaldırılıb. Bu barədə məlumatı Navalnı özü məhkəmədə açıqlayıb.
www.anews.az
O, terrorizmi dəstəkləməkdə ittiham olunur.
Yeni maddəyə görə, Navalninin işinə Hərbi Məhkəmədə baxılacaq.
2021-ci ilin fevralında Rusiyanın Federal Penitensiar Xidmətinin tələbi ilə Navalnının "İv Roşe” işi üzrə şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Belə ki, 2013-cü ilin oktyabrında Aleksey və Oleq Navalnı qardaşlarına qarşı "İv Roşe - Vostok” şirkətindən 26 milyon rubl və daha bir şirkətdən 4 milyon rubl (birlikdə 30 milyon rubl və ya 500 min dollar) dəyərində vəsait mənimsəməklə bağlı ittiham irəli sürülüb.
2022-ci ilin martında isə Moskvanın Lefortovo Rayon Məhkəməsi həbsdə olan siyasətçini dələduzluq və məhkəməni təhqir etməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib. Həmin ilin oktyabrında Navalnı barəsində yeni cinayət işi başladılıb. O, ictimai şəkildə ekstremizmə çağırışlarda, terrorizmin təbliğində, ekstremist fəaliyyəti maliyyələşdirməkdə, eləcə də nasizmin reabilitasiyasında ittiham olunur.
Eltac Nurullazadə
www.anews.az
























