Ukraynanın bütün ərazisində hava xəbərdarlığı elan edildi
28.04.2023 21:14
Ukraynanın demək olar ki, bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilib.
Bu barədə ölkənin Rəqəmsal İnkişaf Nazirliyinin onlayn xəritəsində məlumat verilib.
Resursun məlumatına görə, Ukraynanın Vinnitsa, Jitomir, Kiyev, Çerkassı, Çerniqov, Sumı, Poltava, Xarkov, Odessa, Nikolayev, Dnepropetrovsk və bir sıra vilayətlərində həyəcan təbili çalınır.