Türkiyədə Azərbaycan hərbçilərinin qarşılanma mərasimi keçirilib

Türkiyənin Qars şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində iştirak üçün bu ölkəyə səfər etmiş Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusunun qarşılanma mərasimi keçirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
www.anews.az
























