• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Rusiya ilə diplomatik münasibətləri dayandırır

Ukrayna Rusiya ilə diplomatik münasibətləri dayandırır
17.03.2014 19:38

Bu gün deputat Oleq Lyaşkonun təşəbbüsü ilə Ukrayna Ali Radasının katibliyində Rusiya ilə diplomatik münasibətlərin dayandırılması və Ukrayna-Rusiya müqavilələrinin etibarsız sayılması haqqında qanun layihəsi, Avropa İttifaqı və NATO-ya daxil olmaqla bağlı ərizə qeydiyyata alınıb.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, sənəddə Ali Rada tərəfindən təyin edilən Ukraynanın müvəqqəti prezidentindən "silahlı qüvvələrin tam döyüş hazırlığını elan etmək, Ukraynanın hərbi vəzifəli vətəndaşlarının ümumi səfərbərliyini keçirmək və xalq qoşunu dəstələri yaratmaq", "müasir hərbi texnika və silahlar şəklində maksimum maddi-texniki kömək göstərilməsi", "Rusiya Federasiyası ilə diplomatik münasibətləri kəsmək" və viza rejimini tətbiq etmək haqqında xahişlə ABŞ və NATO üzvü olan digər ölkələrin hökumətlərinə müraciət etmək tələb olunur.

Həmçinin Qara dəniz donanmasının statusu və qalma şəraiti haqqında saziş, eləcə də dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin etibarsız sayılması təklif edilir.

Bundan başqa, Ukrayna ərazisindən Avropa ölkələrinə Rusiya qazının tranzit dəyərini min kubmetrə görə 500 dollar məbləğində müəyyən etmək və Rusiya Federasiyası tərəfindən göstərilən qiymətin ödənilməsi rədd ediləcəyi halda, qaz nəqlini dərhal dayandırmaq təklif edilir.

Güc idarələrinə Ukraynanın şərqində "istənilən separatçı fəaliyyətin dayandırılması məqsədilə sərt tədbirlər görülməsi, Ədliyyə Nazirliyi və Baş Prokurorluğa isə Kommunist Partiyası və Regionlar Partiyasının fəaliyyətinə qadağa qoyulması ilə bağlı məhkəməyə müraciət etmək" təklif olunur. Həmçinin Rusiyanın Ukraynaya qarşı təbliğat müharibəsi aləti kimi istifadə etdiyi televiziya və radio kanalları və mətbuat orqanlarının yayımının dayandırılması təklif edilir.

Separatçı mitinqlərdə iştirak edən Ukrayna vətəndaşlarının "işğalçılıq vasitəçisi" hesab edilməsi, Ukrayna vətəndaşlığından məhrum edilməsi və dövlətə xəyanətə görə cinayət məsuliyyətinə cəlb edilməsi də təklif edilir. Habelə "satqınlara, təxribatçılara, soyğunçulara, qatillərə, fərarilərə və casuslara" ölüm cəzasının tətbiq edilməsi təklif olunur.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol