• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistanın keçmiş baş naziri həbs edilib

Pakistanın keçmiş baş naziri həbs edilib
10.05.2023 16:57
Pakistanın keçmiş baş naziri İmran Xan səkkiz gün müddətinə həbs edilib. Bu barədə xarici KİV-də məlumat yayılıb.

Bildirilib ki, "Əl-Qədir işi” üzrə keçirilən dinləmə zamanı korrupsiyaya qarşı mübarizə xidməti siyasətçinin 14 gün müddətinə həbsə göndərilməsini tələb edib.
 
Məhkəmə, Xanın baş nazir olduğu 2018-2022-ci illər arasında xarici dövlət məmurları tərəfindən verilən rəsmi hədiyyələri satmaqda ittiham edərək onun həbsinə order verib.

Xan mayın 7-də verdiyi açıqlamada ona qarşı sui-qəsdin arxasında baş nazir Şahbaz Şərif, daxili işlər naziri Rana Sanaullah və Xidmətlərarası Kəşfiyyat (İŞİ) rəis müavini general-mayor Faysal Nasirin dayandığına dair iddialarını davam etdirib.

Pakistanın Pəncab əyalətində ölkənin keçmiş baş naziri İmran Xanın tərəfdarları onun saxlanılmasına görə etiraz aksiyaları keçirirlər.

Məlumata görə, etirazlar aksiyalarında 1000-ə yaxın insan saxlanılıb,  945 qanunu pozan şəxsi həbs edib.

Hadisələr zamanı 130 məmur və polis əməkdaşı xəsarət alıb.
 
70 yaşlı partiya lideri Xan baş nazirliyi itirəndən bəri ölkədə erkən seçkilərin keçirilməsini tələb edir.

Bundan başqa, təşkilatın Baş katibi Əsəd Ömər saxlanılıb.

Ötən ilin noyabrında Lahor şəhəri yaxınlığındakı Vəzirabadda Xanın korteji atəşə tutulub və hücum zamanı Xan ayağından güllələ yarası alıb.

 
Aytac

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol