• $
  • €
  • ₽
  • ₺
  • £

Hindistan polisi vətəndaşları qanunsuz yolla Azərbaycan və digər ölkələrə göndərmək istəyən qruplaşmanı ifşa edib

Hindistan polisi vətəndaşları qanunsuz yolla Azərbaycan və digər ölkələrə göndərmək istəyən qruplaşmanı ifşa edib
21.05.2023 23:57
Dehli şəhər Polisinin Cinayətkarlıqla Mübarizə üzrə Şöbəsi hindistanlıları xarici ölkələrə qeyri-qanuni yolla məskunlaşmaq üçün göndərmək istəyən 4 nəfərdən ibarət cinayətkar qruplaşmanın üzvlərini həbs edib.

Bu barədə Hindistan mətbuatından xəbər verilir.

Məlumata görə, qruplaşma üzvləri - Qiriş Bhandari, Himanşu Mehta, Qaqan Şarma və Rameş Arya Dehlinin qərbindəki Tilak Naqar rayonunda fəaliyyət göstərən bir turizm şirkəti adı altında qanunsuz fəaliyyət göstəriblər.

"Bhandari qruplaşmanın arxasında duran təşkilatçıdır və o, təxminən 12 il əvvəl polisin diqqətini cəlb etməmək üçün səyahət və turizm biznesi açaraq bu işə başlayıb", - (Cinayət Bölməsinin-red) xüsusi komissarı Ravindra Sinqx Yadav deyib.

Ravindra Sinqx Yadav qruplaşmanın bütün səfirliklərin yerləşdiyi Dehlidə, milli paytaxt regionunun digər hissələrində agentləri, Salvador və Meksika kimi ölkələrdə tərəfdaşları olduğunu söyləyib. "Onlar müxtəlif ölkələrin 80 pasportunu, eləcə də müxtəlif şirkətlərin çoxlu möhürlərini və reketçilikdə istifadə olunan hər cür saxta sənədləri ələ keçiriblər”, - zabit bildirib.

Həbslər və müsadirələr bu ayın əvvəlindən ötən həftənin sonuna qədər, cinayət idarəsi bu cür fırıldaqların sürətlə artmasına diqqət yetirməyə başlayandan sonra həyata keçirilib.
Polis rəsmisi bildirib ki, qruplaşma hindistanlıları ABŞ-a göndərmək üçün əsasən iki marşrutdan istifadə edib - Bakı-İstanbul-Salvador və Avropa-Meksika.

Polisin məlumatına görə, Bhandari və onun adamları bank çıxarışları və vergi bəyannamələri kimi saxta sənədlər hazırlamaq üçün kompüter proqramlarından istifadə ediblər.

Lakin cinayətkarların qanunsuz yolla sərnişin göndərməyə nail olub-olmadıqları hələ məlum deyil.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol