• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Çinin müdafiə nazirinə qarşı sanksiyaları ləğv etməyi düşünmür

ABŞ Çinin müdafiə nazirinə qarşı sanksiyaları ləğv etməyi düşünmür
22.05.2023 23:53
ABŞ administrasiyası Çinin müdafiə naziri Li Şanfuya qarşı sanksiyaları ləğv etməyi düşünmür.

Bu barədə brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

O, jurnalistin müvafiq sualına: "Xeyr, belə deyil. Mən bununla məhdudlaşacam. Belə deyil”- deyə cavab verib.

ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonun Çinin müdafiə naziri Li Şanfuya qarşı sanksiyaları yumşaldacağını və ya ləğv edəcəyini etiraf edib.

"Bu, hazırda müzakirə olunur”, - deyən Bayden məhdudiyyətlərin qaldırılması və ya yüngülləşdirilməsi ilə bağlı suala cavabında qeyd edib ki, ABŞ Pekinin hərbi potensialını gücləndirmək üçün istifadə edə biləcəyi materialların və texnologiyaların ötürülməsinə qoyulan qadağanı aradan qaldırmaq niyyətində deyil.

Millerdən brifinqdəki cavabının Baydenin sözlərini təkzib etməsi demək olub-olmadığını aydınlaşdırmaq istənib: "Bu heç də belə deyil. Bayden həmçinin açıq şəkildə bildirdi ki, Li Şanfu və ya ümumilikdə Çinə qarşı hər hansı sanksiyaları ləğv etmək planımız yoxdur”.

Li Şanfuya qarşı sanksiyalar isə 2018-ci ildə Rusiyadan "Su-35" qırıcıları və "S-400" zenit-raket kompleksləri almasına görə tətbiq edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol