Türkiyədə hərbi maşın aşıb- Yaralılar var

Türkiyədə hərbiçilərin olduğu maşın aşıb. Bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Məlumata görə, hadisə Ərdahan vilayətinin Çıldır bölgəsində baş verib.
Bildirilir ki, Kurtkale kəndi yaxınlığında baş verən qəzada 4 Türk hərbçi yaralanıb.
Hadisənin baş verməs səbəbi avtomobili idarə edən sürücünün idarəetməni itirməsi olub.
Yaralı əsgərlər təcili yardım maşınları ilə Ərdahan və Çıldır dövlət xəstəxanalarına aparılıb.
Aytac
www.anews.az
























