Dərbənddə kəndin keçmiş başçısı qətlə yetirilib

Dağıstan Respublikasının Dərbənd rayonunun Rubas kəndinin keçmiş başçısı Hacıqurban Bayrambəyov güllələnərək vəfat edib.
Bu barədə "Mash” teleqram kanalı məlumat yayıb.
Hacıqurban Bayrambəyov 7 il kəndin başçısı işləyib. Rəhbərlik, kollektiv və sakinlər ona çox böyük hörmətlə yanaşırmış.
www.anews.az
























