Rusiyanın daha bir aviaşirkəti Gürcüstanla uçuşlara başlayır

Rusiyanın "Red Wings” aviaşirkəti iyunun 15-dən Gürcüstana birbaşa uçuşlar həyata keçirəcək.
İlk uçuş Soçidən Tbilisiyə baş tutacaq.
Moskvanın Domodedovo hava limanının məlumatına görə, iyunun 16-dan aviaşirkət Moskva-Kutaisi-Moskva istiqamətində uçuşlara da başlayacaq. Gürcüstana uçuşların həftədə üç dəfə həyata keçirilməsi planlaşdırılıb.
"Red Wings” aviaşirkətinin uçuşlara başlamaq üçün Gürcüstanın Mülki Aviasiya Agentliyindən iyunun 2-də icazə aldığı bildirilib.
www.anews.az
























