• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ ölkələri 11-ci anti-Rusiya sanksiyalar paketini razılaşdırmaq üçün yenidən toplanacaq

Aİ ölkələri 11-ci anti-Rusiya sanksiyalar paketini razılaşdırmaq üçün yenidən toplanacaq
05.06.2023 23:31
Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsi (Coreper) iyunun 7-də keçiriləcək iclasın gündəliyinə yenidən Rusiyaya qarşı 11-ci məhdudlaşdırıcı tədbirlər paketinin razılaşdırılması məsələsini daxil edib.

Bu barədə Brüsseldə dərc olunmuş sənəddə deyilir.

Avropa səfirləri təsdiqlənməyə hazırlıq olaraq, növbəti dəfə Aİ Şurasının reqlamenti, icra tənzimləməsi və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə xələl gətirən və ya təhlükə yaradan hərəkətlərlə bağlı məhdudlaşdırıcı tədbirlər haqqında reqlamentinin layihələrini bir daha nəzərdən keçirəcəklər.

11-ci sanksiyalar paketi çərçivəsində Aİ-nin Rusiyaya münasibətdə planlaşdırdığı bir sıra məhdudiyyətlər Aİ ölkələri ilə razılaşdırılma prosesində yumşaldılıb.

"Aİ-yə üzv ölkələr 11-ci sanksiyalar paketi üzrə razılaşmaya doğru yavaş-yavaş irəliləyirlər, eyni zamanda Avropa Komissiyası tərəfindən daha əvvəldən irəli sürülən bir sıra təkliflərin daha az qəti olmasına qərar verilib”, - agentlik qeyd edib.

Eyni zamanda, məhdudlaşdırıcı tədbirlərin tətbiqi bütün Aİ ölkələrinin yekdilliklə təsdiqini tələb edir.

"Müzakirə olunan sənədlərin son variantları ilə tanış olan insanların sözlərinə görə, sanksiya tətbiq edilmiş yükləri daşıyan gəmilərin Aİ limanlarına daxil olmasına qadağa qoyulması təklifi, çox güman ki, qismən ləğv ediləcək. Malların gəmidən gəmiyə daşınmasına və ya transponderlərini söndürən gəmilərə qoyulan məhdudiyyətlər tədbirlərin qüvvəyə minməsi ərəfəsində 30 günlük təxirəsalma ilə tətbiq ediləcək.

Bundan əvvəl Aİ-də Rusiyaya sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkələrə qarşı istifadə oluna biləcək mexanizmin işləndiyi məlum olmuşdu. Lakin Aİ ölkələrinin nümayəndələri arasında aparılan müzakirələrdən sonra bu mexanizmin tətbiqi meyarları da yumşaldılıb.

Eyni zamanda, bəzi ölkələr Aİ tərəfindən Rusiyaya idxalı qadağan olunmuş malların Rusiya tərəfdən satışı ilə əlaqədar təsdiqlənmək üçün hazırlanan sanksiya siyahılarına Çin şirkətlərinin də daxil edilməsindən narahatdırlar. Bundan əlavə, Macarıstan və Yunanıstan şirkətlərinin Ukraynanın Rusiya ilə iş aparan təşkilatlardan yaratdığı "qara siyahı”dan çıxarılmasını tələb etməkdə davam edir. Mənbələrin bildirdiyinə görə, bu mövzuda müzakirələr davam edir.

Bununla belə, mənbələrdən biri qeyd edib ki, Aİ bu həftə 11-ci sanksiyalar paketini yekunlaşdırmağa ümid edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol