Britaniya Ukraynaya daşqınlara görə 16 milyon funt sterlinq yardım ayırıb

Böyük Britaniya Ukraynaya daşqınlarla mübarizə üçün 16 milyon funt sterlinq humanitar yardım ayırıb.
İngiltərə Xarici İşlər Nazirliyindən bildirilib ki, təxminən 42 min insana dəstək olmaq üçün 16 milyon funt sterlinq humanitar yardım göndəriləcək. Bundan əvvəl isə daşqınlara görə İngiltərə tərəfindən Xersona 220 milyon funt-sterlinq humanitar yardım edildiyi qeyd olunub.
www.anews.az
























