Almaniyada NATO-nun təlimlərinə qarşı aksiya keçirilib

Almaniyada NATO Hava Hücumundan Müdafiə Qüvvələrinin irimiqyaslı hərbi təlimlərinə qarşı etiraz aksiyası keçirilib.
Bu barədə NDR xəbər portalı məlumat yayıb.
Hannover bölgəsində yüzlərlə şəxs "Wunstorf" aviabazasının qarşısında nümayiş keçirib.
Aksiya "Müharibəyə yox, sülhə əməl et” şüarı altında keçirilib.
www.anews.az
























