• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada 110 milyon insan köçkün düşüb - BMT

Dünyada 110 milyon insan köçkün düşüb - BMT
14.06.2023 15:49
Ukrayna və Sudandakı müharibələr, həmçinin Əfqanıstandakı böhran səbəbindən dünyada köçkün düşən insanların sayı 110 milyona çatıb. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının  hesabatında bildirilib.
 
2022-ci ildə köçkün düşən insanların sayı 19 milyona yaxın olub. Bu isə keçən illə müqayisədə rekord sıçrayış hesab olunur.
 
BMT-nin qaçqınlar üzrə rəhbəri Filippo Qrandi jurnalistlərə bildirib ki, qaçmağa məcbur olan insanların sayının bu qədər artması, əsasən Sudanda səkkiz həftə davam edən münaqişə ilə bağlıdır.
 
Bildirilib ki, Təkcə 2022-ci ilin sonunda 11,6 milyon ukraynalı məcburi köçkün düşüb.
 
Ümumi qeyd olunan rəqəmə öz ölkələrində təhlükəsizlik axtaran insanlar, eləcə də sərhədləri keçənlər daxildir. Hesabata görə, qaçqınlar və sığınacaq axtaranlar ümumi sayın təxminən 37,5 faizini təşkil edir.
 
Hesabatda keçən il 339 300 qaçqının evlərinə qayıda bildiyi, 114 300 nəfərin isə üçüncü ölkəyə köçürüldüyü qeyd edilib ki, bu da 2021-ci ildən iki dəfə çoxdur.
 
Eltac Nurullazadə
 
 
 
 
 
 
 
   
 
 
 
 
 
 
 
 
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol