• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan Rusiyadan aviasiya yanacağının idxalına müvəqqəti qadağa qoyub

Qazaxıstan Rusiyadan aviasiya yanacağının idxalına müvəqqəti qadağa qoyub
14.06.2023 15:53
Qazaxıstan Rusiyadan dəmir yolu ilə idxal edilən aviasiya yanacaqlarına müvəqqəti qadağa qoyub. Bu barədə "TRT haber" məlumat paylaşıb.

Qazaxıstan Energetika Nazirliyinin açıqlamasında bildirilib ki, müvəqqəti qadağanın səbəbi ölkədə çox miqdarda aviasiya yanacağının olmasıdır.

"Almatıda 25 min ton, Astanada isə 6 min ton aviasiya yanacağı hava limanlarının ehtiyacları üçün vaqonlarda saxlanılıb və bu vəziyyət 20-30 dərəcə istidə dəmir yolunda partlayışa səbəb ola bilər"- açıqlamada deyilib.

Qadağa qərarının müddəti ilə bağlı dəqiq tarix verilməyib. Rusiya mətbuatı daha əvvəl Qazaxıstan Milli Dəmir Yolu Şirkətinin (KTJ) 14 iyundan 14 iyuladək Rusiya aviasiya yanacağının daşınmasına qadağa qoyulduğunu bildirib.
 
Mayın sonunda Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Marat Karabayev bildirmişdi ki, respublikada təyyarə yanacağı qıtlığı yaşanır, bu səbəbdən onu Rusiyadan idxal etmək məcburiyyətindədir.
 
"Mülki aviasiyanın inkişafını əngəlləyən əsas amillərdən biri daxili bazarda təyyarə yanacağının çatışmazlığı və onun baha olmasıdır”, - nazir qeyd edib.

Xalidə Elşənqızı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol