• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Rusiyanı dollar sistemindən təcrid edə bilər

ABŞ Rusiyanı dollar sistemindən təcrid edə bilər
12.03.2014 19:48
Ağ Evdə Barak Obama və Ukraynanın baş naziri Arseni Yasenyuk arasında keçiriləcək görüşün fonunda ABŞ prezidentinin müşavirləri Vaşinqtonun əlindəki iqtisadi “silah”lardan Rusiyaya qarşı hansı səviyyədə istifadə edilə biləcəyi üzərində baş sındırırlar. APA-nın xəbərinə görə, nüfuzlu “The New York Times” qəzeti adının çəkilməsini istəməyən mənbəyə istinadən yazıb ki, ABŞ administrasiyası sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatına ciddi zərbə vura biləcəyi qənaətinə gəlib. Rusiyadakı ayrı-ayrı şəxslərin bank aktivlərinin dondurulması ilə yanaşı, Vaşinqton Rusiya banklarına qarşı da sanksiyalar tətbiq edə və bu ölkəni dollar sistemindən təcrid edə bilər.     Nüfuzlu “The Wall Street Journal” qəzetinin xəbərinə əsasən ABŞ-ın ilk sanksiyaları bir neçə gündən sonra elan olunacaq. Bu sanksiyalar Kremlin Krımı ilhaq cəhdlərində iştirak edən rusiyalı və ukraynalı məmurlara qarşı tətbiq ediləcək. “Maliyyə Nazirliyi artıq Krımın ilhaqında rol oynayan ayrı-ayrı Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyalar tətbiq etmək üçün səlahiyyətə malikdir. Biz “qara siyahı”ya daxil ediləcək şəxslərin fəal axtarışını aparırıq”, - deyə adının çəkilməsini istəməyən yüksək vəzifəli amerikalı dövlət məmuru söyləyib. ABŞ-da qəbul olunan “Maqnitski Aktı” Putin hökumətində və təhlükəsizlik strukturlarında vəzifə tutan çoxlu sayda şəxsə də şamil oluna bilər.    Bundan başqa, Obama administrasiyası 11 sentyabr terrorundan sonra silah qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə mübarizə məqsədilə hazırlanan hüquqi vasitələrdən Moskvaya qarşı da istifadə etməyə hazırlaşır. ABŞ Maliyyə Nazirliyi Rusiyanı gizli qlobal silah ticarəti və mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqəli qanunsuz biznesin mərkəzlərindən biri kimi görür. “The New York Times”ın yazdığına görə, ABŞ rəhbərliyini narahat edən məqamlardan biri də budur ki, Putin Krımı ələ keçirməklə kifayətlənməyə bilər, çünki Krım yarımadasının Rusiya ilə quru sərhədi yoxdur və bu regionu su, elektrik enerjisi və digər zəruri ehtiyatlarla Ukrayna təmin edir. Bu isə o deməkdir ki, Moskva Krım anklavının normal həyatını təmin etmək üçün başqa Ukrayna ərazilərini də ələ keçirə bilər.  ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol