• $
  • €
  • ₽
  • ₺
  • £

Gəzi Parkı hadisələri zamanı vurulan Berkin Əlvanın dəfn mərasimi keçirilir

Gəzi Parkı hadisələri zamanı vurulan Berkin Əlvanın dəfn mərasimi keçirilir
12.03.2014 17:58
 İstanbulda 9 ay əvvəl Gəzi Parkı hadisələri zamanı polisin atdığı qaz bombasının kapsulu ilə başından ağır yaralanaraq komaya düşən və martın 11-də vəfat edən 15 yaşlı Berkin Əlvanın dəfn mərasimi keçirilir.APA-nın xəbərinə görə, dəfn mərasimində yüz minlərlə insan iştirak edir. Səhər saatlarında B. Əlvanın cənazəsi İstanbulun Şişli rayonu ərazisindəki Okmeydanında yerləşən Cem Evinə gətirilib. (B. Əlvan ələvi məzhəbinə mənsubdir, cem evləri isə ələvilərin ibadət yeridir). Okmeydanına gedən yolların hamısı insanlar tərəfindən doldurulub, nəqliyyatın hərəkəti dayanıb. Cem Evi önünə toplaşan vətəndaşlar “Qatil dövlət hesab verəcək!”, “On beşində bir fidan – Berkin Əlvan!” deyə qışqırıblar. Cem Evində keçirilən yas mərasimində Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərliyi və millət vəkilləri iştirak edib. Mərasimdən sonra B. Əlvanın cənazəsi dəfn edilmək üçün Şişli Feriköy məzarlığına aparılıb. Cənazəni ucu bucağı görünməyən və yol boyunca bir neçə kilometr uzunluğunda düzülmüş insan seli müşayiət edib.     Qeyd edək ki, Berkin Əlvan 2013-cü il iyunun 16-da evdən çıxıb çörək almağa gedərkən polisin nümayişçilərə atdığı qaz bombasının kapsulunun başına dəyməsi nəticəsində ağır yaralanıb. O vaxtdan bəri xəstəxanada koma vəziyyətində yatan Berkin Əlvan 269 gün sonra - martın 11-də vəfat edib. Berkinin vəfat xəbəri Türkiyədə Ərdoğan hökuməti əleyhdarlarının hiddətinə səbəb olub. İstanbul, Ankara və İzmir başda olmaqla böyük şəhərlərdə spontan etiraz aksiyaları keçirilib, polislə toqquşmalar baş verib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol