Türkiyə və Ukraynanın müdafiə nazirləri taxıl sazişini müzakirə ediblər
22.06.2023 20:10
Türkiyənin müdafiə naziri Yaşar Güler ukraynalı həmkarı Oleksiy Reznikovla telefonla danışıb.
Bu barədə Türkiyə KİV-dən məlumat verilib.
Tərəflər qlobal qida böhranının aradan qaldırılmasına ciddi töhfə verən "taxıl sazişi”nin icrası ilə bağlı son vəziyyəti, humanitar yardım və regionda sülhün təmin edilməsi məsələsini müzakirə ediblər.