Emmanuel Makron vətəndaşlara çağırış edib

Fransa Prezidenti Emmanuel Makron vətəndaşlara müraciət edib.
"Report” xəbər verir ki, o, valideynləri övladlarını küçələrə buraxmamağa çağırıb.
17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlarla əlaqədar Fransada fövqəladə vəziyyət elan edilə bilər. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.
www.anews.az
























