• $
  • €
  • ₽
  • ₺
  • £

İran Beynəlxalq Məhkəməyə verildi

İran Beynəlxalq Məhkəməyə verildi
05.07.2023 20:38
Kanada, İsveç, Ukrayna və Böyük Britaniya Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı iddia qaldırıb.

Məlumata görə, bu yolla İranın 2020-ci ildə Ukrayna Beynəlxalq Hava Yollarına məxsus PS752 reysinin qanunsuz vurulmasına görə məsuliyyət daşımasının təmin edilməsi planlaşdırılır.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

İran 28 dekabr 2022-ci ildə qaldırılan bu mübahisənin həlli üçün arbitraj tələbinə cavab verməyib. Buna görə də, İrana qarşı Mülki Aviasiyanın Təhlükəsizliyinə dair Qanunsuz Hərəkətlərə Qarşı Mübarizə üzrə 1971-ci il Konvensiyasını pozduğuna görə iş başlanacaq.

İddia ərizəsində vurğulanır ki, İran digər pozuntularla yanaşı, PS752 reysinin hərbi qüvvələrinin üzvləri tərəfindən məhv edilməsinin qarşısını almaq üçün bütün mümkün tədbirləri görməyib. Ölkə beynəlxalq standartlara uyğun olaraq tam, şəffaf və qərəzsiz ibtidai istintaq və məhkəmə prosesini həyata keçirə bilməyib.

2020-ci il yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə Tehran səmasında İran hərbçiləri tərəfindən vurulub. Hadisənin qurbanları Ukrayna vətəndaşları da daxil olmaqla, 167 sərnişin və 9 ekipaj üzvü olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol