Zelenski Türkiyəyə səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa turnesi çərçivəsində Türkiyəyə səfər edib.
Zelenski həmkarı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmağı planlaşdırır.
Bu barədə Ukrayna dövlət başçısının "Telegram” kanalında paylaşım edilib.
Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar, Sülh formulu, NATO sammiti, Təhlükəsizlik zəmanətləri və taxıl təşəbbüsü ilə bağlı mövqelərin koordinasiyası, Ukraynanın bərpası, müəssisələrimiz arasında müdafiə müqavilələri”, - deyə Zelenski paylaşımda qeyd edib.
www.anews.az
























