• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ rusiyalı oliqarxların yarım milyard dollardan çox aktivlərini dondurub

ABŞ rusiyalı oliqarxların yarım milyard dollardan çox aktivlərini dondurub
07.07.2023 23:23
Ukraynada müharibə başlayandan bəri Amerika Birləşmiş Ştatları rusiyalı oliqarxların yarım milyard dollardan çox aktivlərini dondurub.

Bu barədə ABŞ Baş prokurorunun müavini Liza Monakonun bəyanatına istinadən xəbər verilir.

"Biz Rusiya hakimiyyətini dəstəkləyən və ABŞ-ın iqtisadi əks-tədbirlərindən yayınan rusiyalı oliqarxların və digərlərinin 500 milyon dollardan çox aktivini saxlamışıq”, - Monako bildirib.

Qeyd olunub ki, ABŞ həmçinin sanksiyalardan yayınma, ixraca nəzarətini pozma, çirkli pulların yuyulması və digər cinayətlərdə ittiham olunan 30-dan çox şəxsə qarşı ittiham irəli sürüb. Bundan başqa Vaşinqton beynəlxalq tərəfdaşlarının köməyi ilə altıdan çox ölkədə ABŞ-a ekstradisiya məqsədi ilə həbslər həyata keçirib.

KleptoCapture - ABŞ Ədliyyə Departamentinin himayəsi altında Rusiya aktivlərinin müəyyən edilməsi və ələ keçirilməsi, sanksiyalardan yayınmanın dayandırılması və rusiyalı oliqarxların ABŞ və digər ölkələrdə əmlak gizlətməsinə kömək edən sxemlərin təşkilatçıları və iştirakçılarının təqib edilməsində ixtisaslaşan idarələrarası işçi qrupudur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol