ABŞ İŞİD lideri Usamə əl-Muhacirin öldürüldüyünü açıqladı
09.07.2023 17:39
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şərqində hava hücumu təşkil edildiyini və İŞİD terror təşkilatının lideri Usamə əl-Muhacirin hücumda öldürüldüyünü açıqlayıb.
CENTCOM komandiri general Erik Kurilla mövzu ilə bağlı bu açıqlamanı verib: "Bölgədə İŞİD-i məğlub etmək əzmində olduğumuzu açıq şəkildə bildirdik. İŞİD təkcə bölgə üçün deyil, regiondan çox-çox kənarda da təhlükə yaradır”. www.anews.az