• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkələr taxıl idxalına qoyulan qadağanın müddətinin uzadır

Bu ölkələr taxıl idxalına qoyulan qadağanın müddətinin uzadır
19.07.2023 19:41
Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya Ukraynadan taxıl idxalına qadağanın uzadılmasına dair ümumi bəyannamədə razılaşıblar.  TACC agentliyi bildirir ki, bunu Polşanın Kənd Təsərrüfatı və Kənd İnkişafı naziri Robert Telus Varşavada qonşu ölkələrdən olan həmkarları ilə məsləhətləşmələrdən sonra birgə mətbuat konfransında deyib.


"Biz ölkələrimizə taxıl idxalına qoyulan qadağanın uzadılması ilə bağlı 5 ölkənin ümumi bəyannaməsini hazırlamışıq və imzalamışıq, həmçinin bəyannaməmizdə tranzitə açıq olduğumuz barədə ümumi mövqe var”, - deyə o bildirib.

Telusun sözlərinə görə, görüşə Ukrayna və Moldovanın kənd təsərrüfatı nazirləri dəvət olunub. "Onlar obyektiv səbəblərdən gəlmədilər. Ümid edirəm ki, gələcəkdə görüşəcəyik və birlikdə həll yolunu axtaracağıq".

Polşalı nazirin qeyd etdiyi kimi, Avropa Komissiyasının Ukraynadan gətirilən taxılın dörd növünə əvvəllər qoyduğu məhdudiyyətlər yaxşı effekt verdi, çünki apreldə Polşadan buğda və qarğıdalı tranziti 114 min ton, martda isə 120 min ton təşkil edib, iyunda isə 260 min ton.
 
"Bu, onu göstərir ki, AK-nin tətbiq etdiyi məhdudiyyət Ukraynadan ixracın qorunub saxlanmasına və hətta burada Polşada olduğu kimi, getdikcə artmasına səbəb olub. Bu, qadağanın ən azı ilin sonuna qədər uzadılması üçün bir arqumentdir. Bu. bizim ümumi mövqeyimizdir. Biz bu mövqeyi müdafiə edəcəyik. Bu, fermerlərimizin maraqlarına uyğundur”.

Apreldə beş Mərkəzi Avropa ölkəsi - Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya birtərəfli qaydada Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Daha sonra onlar Avropa Komissiyasının əvvəlcə iyunun 5-dək, sonra isə sentyabrın 15-dək Ukraynadan dörd növ taxıl və yağlı bitkilərin: buğda, qarğıdalı, kolza və günəbaxan tədarükünə embarqo tətbiq etmək qərarı müqabilində bu tədbirləri ləğv etdilər. 

Macarıstan və Polşa bu qərarı qeyri-kafi hesab edir və Aİ-dən qadağanı ən azı ilin sonuna qədər uzatmağa çalışır. Varşava da Ukrayna ilə həmsərhəd ölkələrə tədarükü mümkün olmayan məhsulların siyahısının genişləndirilməsinin və ona xüsusilə moruq və çiyələkli dondurmanın əlavə edilməsinin tərəfdarıdır. 
 
Gülnar 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol