Finlandiya Rusiya Baş Konsulluğunun iş icazəsini ləğv edəcək

Finlandiya oktyabrın 1-dən etibarən Rusiyanın Turku şəhərindəki Baş Konsulluğunun iş icazəsini ləğv edəcək.
TASS xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Sauli Niinistö məlumat verib.
"Rusiyanın 6 iyul 2023-cü il tarixli qərarı ilə 2023-cü il oktyabrın 1-dən Finlandiya Baş Konsulluğunu bağlamaq qərarı Finlandiyanın rusiyalı diplomatların ölkədən çıxarılması qərarına qarşı asimmetrik əks tədbir idi. Rusiyanın bu addımına cavab olaraq Finlandiya 2023-cü il oktyabrın 1-dən Turkudakı Rusiya Konsulluğunun fəaliyyət göstərməsi üçün verilmiş lisenziyanı ləğv edəcək”, - Prezident Ofisinin bəyanatında deyilir.
www.anews.az
























